RU

“EFES - 2026” təlimində növbəti tapşırıqlar icra olunub

Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin planına əsasən, Kartal hərbi düşərgəsində Azərbaycan, Liviya, Macarıstan, Monqolustan, Niger, Pakistan, Qırğızıstan, Rumıniya, Suriya, Şimali Makedoniya, Türkiyə və

Zambiya hərbçilərinin iştirakı ilə yaşayış məntəqələrində hərbi əməliyyatların aparılması üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Qeyd edək ki, təmsilçilərimiz tapşırıqların icrası zamanı digər ölkələrin hərbi kontingentləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdiriblər.

Избранный
23
3
apa.az

5Источники