RU

“Bəzi qərarlar həqiqətən gülməli görünür, bu qədərini gözləməzdim”

“Hər ölkədə və hər liqada səhvlər olur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Nikola Ninkoviç deyib.

32 yaşlı yarımmüdafiəçi kayerası ərzində Serbiya, Gürcüstan, İtaliya, Bosniya və Herseqovinada futbol oynayıb.

Balkanlı “həmin ölkələr ilə Azərbaycan futbolundakı hakimləri müqayisə edəsi olsaq nələr deyə bilərsən” sualına cavabında bunları söyləyib:

“Biz oyunçular meydanda səhv etdiyimiz kimi, hakimlər də bəzən səhv edirlər. Lakin bu gün meydandakı əsas hakimlərə çox kömək edən VAR sistemi də mövcuddur.

Buna baxmayaraq, bəzi qərarlar həqiqətən gülməli görünür. Bura Azərbaycan futbolunun ən üst liqasıdır.

Bu qədərini gözləməzdim. İnanıram ki, hakimlər komissiyası Azərbaycan çempionatının ciddiliyini və etibarlılığını artırmaq üçün bu məsələ ilə ciddi məşğul olmalıdır.

Çünki hakimlər hər matçın çox vacib hissəsidir. Bunu unutmaq olmaz”.

Избранный
19
sportinfo.az

1Источники