RU

Rusiya Trampın Ukrayna ilə 9-11 may tarixlərində atəşkəs təşəbbüsünü dəstəklədi

BAKI, 8 may. TELEQRAF

Rusiya ABŞ Prezidenti Donald Trampın 9-11 may tarixlərində Ukrayna ilə atəşkəs və əsir mübadiləsi aparmaq təşəbbüsünə razılıq verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin tapşırığı ilə ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üçün atəşkəslə bağlı bu yaxınlarda təklif etdiyi təşəbbüsün məqbul olduğunu təsdiqləyirəm" - Uşakov qeyd edib.

Избранный
19
teleqraf.com

1Источники