RU

“Continental” “ContiTech”in 3000 əməkdaşını işdən çıxaracaq

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Almaniyanın təkər və avtomobil hissələri istehsalçısı “Continental” şirkəti törəmə müəssisəsi “ContiTech”də 3000 iş yerini ixtisar etməyi planlaşdırır.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Continental” məlumat yayıb.

“Continental” şirkətinin “ContiTech” bölməsi, müəyyən funksiyaların daha rəqabətli xərclərə malik ölkələrə köçürülməsini əhatə edən xərclərin azaldılması proqramının bir hissəsi olaraq Almaniyada təxminən 1600 iş yerini ixtisar etmək üçün işçi nümayəndələri ilə razılığa gəlib. Ümumilikdə proqram dünya üzrə təxminən 3000 iş yerinə təsir göstərir. Əvvəllər elan edildiyi kimi, “ContiTech” 2028-ci ildən başlayaraq illik 150 milyon avro qənaət etməyi planlaşdırır. Davam edən zəif bazar şərtləri nəzərə alınmaqla, bu tədbirlər şirkətin uzunmüddətli rəqabət qabiliyyətini gücləndirmək məqsədi daşıyır”, - açıqlamada qeyd olunub.

“ContiTech”, mümkün olduqda işdənçıxarmaların təsirini azaltmağı vəd edir. Razılaşdırılmış tədbirlər paketinə könüllü ayrılma proqramı və şirkət daxilində və digər işəgötürənlərlə iş axtarışı dəstəyi daxildir.

Qeyd edək ki, “ContiTech”in dünya üzrə 20.000-dən əməkdaşı var (Almaniyada təxminən 7700 nəfər). Şirkət, geniş sənaye sahələrindəki müştərilər üçün “Continental”ın sənaye məhsullarını və həllərini birləşdirir.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
yeniavaz.com

2Источники