RU

Gəncədə minik avtomobili betona çırpıldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az “Unikal”-a istinadən xəbər verir ki, qəza şəhərin çıxışında, Nizami Məqbərəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və işıq təsərrüfatına ziyan dəyib.

Избранный
3
3
aznews.az

10Источники