RU

Telefonu kənara qoymaq insanı xoşbəxt etmir – tədqiqat

Antverpen Universitetinin alimləri sosial şəbəkələrdən müvəqqəti uzaq qalmağın psixi sağlamlığa ciddi müsbət təsir göstərmədiyini müəyyən ediblər.

Musavat.com xəbər verir ki, araşdırma zamanı 4,6 mindən çox insanın iştirak etdiyi 10 müxtəlif tədqiqatın nəticələri birləşdirilib.

Könüllülər bir gündən bir neçə həftəyədək sosial şəbəkələrdən istifadəni dayandırıb, daha sonra onların ümumi məmnunluq səviyyəsi qiymətləndirilib.

Nəticələr göstərib ki, iştirakçıların psixi vəziyyətində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Tədqiqatçılar bildiriblər ki, informasiya yükünün azalması çox vaxt darıxma və sosial təcrid hissi ilə müşayiət olunur. Buna görə də texnologiyalardan tam imtina etməkdənsə, rəqəmsal mühitin düzgün idarə olunması daha effektiv hesab edilir.

Alimlər sosial şəbəkələri tam silmək əvəzinə, istifadə vaxtını məhdudlaşdırmağı və bildirişləri tənzimləməyi tövsiyə ediblər.

 

Musavat.com

Избранный
63
musavat.com

1Источники