Futbol üzrə Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə Plovdiv "Lokomotiv"i ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal Hüseynov bu matçda sonadək meydanda olub.
“Arda” hazırda 45 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi