ABŞ və İsrailin İran ətrafında hərbi fəallığı artırdığı iddiaları yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bəzi xarici hərbi telegram kanalları ABŞ Hərbi Hava Qüvvələrinə məxsus xüsusi təyinatlı E-11A BACN təyyarəsinin Səudiyyə Ərəbistanı səmasında uçuş həyata keçirdiyini yazıb.
Məlumatlarda bildirilir ki, son günlər ABŞ təyyarələri gecə saatlarında İran sərhədinə yaxın bölgələrdə daha intensiv uçuşlar edir. İddialara görə, havada yanacaq dolduran təyyarələr mürəkkəb döyüş ssenarilərini imitasiya edir, E-11A təyyarələri isə sərhəd boyunca vəziyyəti izləyərək məlumat toplayır, təhlil edir və mümkün əməliyyatların koordinasiyası üçün istifadə olunur.
Yayılan məlumatlarda ABŞ və İsrailin mümkün genişmiqyaslı əməliyyat ehtimalı fonunda İranın hava hücumundan müdafiə sistemlərinin effektivliyini yoxladığı da vurğulanır. İddialara əsasən, mümkün strateji zəifliklərin aşkarlanması halında bölgədə vəziyyət daha da gərginləşə bilər.
Musavat.com