RU

“Real Madrid”də Arbeloaya qarşı olan 6 futbolçu bəlli olub

​”Real Madrid” klubunun daxilində sular durulmur.

Offsideplus.az xəbər verir ki, Bbu mövsüm komandanın məşqçi heyətində yer alan Alvaro Arbeloa ilə 6 futbolçu arasında ciddi narazılıqlar yaşandığı bildirilir.

​Klub daxilindəki gərginliyin əsas səbəbləri oyun vaxtı, taktiki seçimlər və şəxsi münasibətlərdir. Budur Arbeloa ilə qarşıdurma yaşayan oyunçular və onların narazılıqları:​

​Alvaro Karreras, Dani Karvaxal və Eduardo Kamavinqa: Bu oyunçular əsasən meydanda az şans qazanmalarından və ya zəruri hesab etmədikləri əvəzetmələrdən dolayı Arbeloaya etirazlarını bildiriblər.

​Raul Asensio və David Alaba: Komandanın digər üzvləri də bənzər şəkildə oyun dəqiqələrinin azlığından narazıdırlar.

​Dani Sebalyos: Digərlərindən fərqli olaraq, Sebalyos ilə Arbeloa arasında vəziyyət daha ciddidir. Bildirilir ki, futbolçunun məşqçi ilə heç bir şəxsi və ya peşəkar ünsiyyəti yoxdur.

​Hazırda “Real Madrid” rəhbərliyinin bu daxili münaqişələrə necə reaksiya verəcəyi maraq doğurur.

DOĞRU.AZ

Избранный
64
dogru.az

1Источники