RU

Bakı sakinlərinə şad xəbər – 22 il sonra ilk yaşanır

“Bakı Metropoliteni” QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib.

Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, tramvayların Bakıda fəaliyyət göstərməsi nəzərdə tutulsa da, layihə bütün paytaxtı əhatə etməyəcək.

“Müəyyən ərazilər var. Məsələn, Bayıl, “Sea Breeze” ərazisi, Məmmədli qəsəbəsi, Sabunçu və digər istiqamətlərdə tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Layihələrin bir qismi artıq müzakirə olunub, bəziləri təsdiqlənib, digərləri isə hələ araşdırma mərhələsindədir. Tammiqyaslı işlərə, yəqin ki, gələn ildən başlanılacaq”.

E.Muradlının sözlərinə görə, tramvay xətlərinin çəkilməsi metro tikintisi qədər mürəkkəb proses deyil:

“Bu səbəbdən layihənin icrası çox da uzun vaxt aparmayacaq. Təbii ki, sistemi “Bakı Metropoliteni” idarə edəcək. Tramvayın tıxac probleminə nə dərəcədə təsir göstərəcəyini zaman göstərəcək. Amma ictimai nəqliyyatda alternativlərin artması tıxacların azalmasına səbəb ola bilər. Çünki insanlar rahat və əlverişli ictimai nəqliyyat olduqda şəxsi avtomobillərdən daha az istifadə edirlər”.

Qeyd edək ki, Bakıda tramvay 2004-cü ildə ləğv edilib.

Bizim.Media

Избранный
8
2
bizim.media

10Источники