RU

Tramp: İrandan tezliklə cavab gözləyirik

Münaqişənin həlli ilə bağlı ABŞ-ın təqdim etdiyi təkliflərə İran tərəfindən tezliklə cavab veriləcəyi gözlənilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

 

Tehranla danışıqların uzanıb-uzanmadığı ilə bağlı suala Tramp belə cavab verib: “Bunu tezliklə biləcəyik”.

 

ABŞ lideri onu da vurğulayıb ki, İranla aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, Vaşinqton  Hörmüz boğazında gəmilərin tranzit təhlükəsizliyini təmin etməyə yönəlmiş “Azadlıq layihəsi” əməliyyatını bərpa edə bilər.

 

Xatırladaq ki, ABŞ mayın 4-də “Azadlıq layihəsi” əməliyyatına başlamışdı. Lakin ertəsi gün Donald Tramp təşəbbüsün müvəqqəti dayandırıldığını elan etdi. O bildirdi ki, Pakistanın və bir sıra digər ölkələrin müraciətindən sonra əməliyyatın dayandırılmasına razılıq verilib.

Избранный
97
senzor.az

1Источники