Bakı–Şamaxı–Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə yolun 147-ci kilometrliyində baş verib.
Belə ki, son sürüşmə nəticəsində asfalt örtüyünün bir hissəsi dağılıb, yolda iri çatlar və yarğanlar yaranıb.
Hazırda avtomobil yolunun bir zolağı məhdudlaşdırılıb və sürücülər hərəkəti tək zolaqla davam etdirirlər. Sürücülər ərazidə hərəkətin təhlükəli olduğunu bildirirlər.
“Şamaxıdan Ağsu istiqamətinə gedən sürücülər ehtiyatlı olsunlar. Yolun problemli hissəsi görünməyən döngədə yerləşir. Qəza şəraiti yarana bilər. Yolun bir tərəfi dağılıb, digər tərəfi isə istifadədədir. İki maşın qarşılaşanda təhlükəli vəziyyət yaranır. Gecə isə vəziyyət daha çətin olur”, – sürücülərdən biri deyib.
Digər sürücü isə yolun vəziyyətindən narahatlığını ifadə edib:
“Qorxa-qorxa gedirəm. Maşın aşa bilər. Hələ də düzəltmirlər. Gəlib görsünlər, buranın vəziyyəti nə gündədir”.
Daha ətraflı “Baku TV”nin süjetində:
"Cebheinfo.az"