Almaniyanın 2-ci Bundesliqasında 33-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv "Arminiya"nı qəbul edib. Son 3 turda xala həsrət qalan meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar. Emreli görüşün 65-ci dəqiqəsində forma şansı qazanıb. O, 4 turdan sonra meydana qayıdıb.
Hazırda 49 xalı olan "Kayzerslautern" turnir cədvəlində 6-cı pilləsində mövqe tutub.
Toğrul