RU

“Apple” qulaqlıqlara kamera yerləşdirəcək

“Apple” süni intellekt imkanlarını genişləndirmək üçün qeyri-adi bir məhsul üzərində çalışır.

“The Verge” platformasına istinadən bildirir ki, Bloomberg-in məşhur insayder jurnalisti Mark Gurman tərəfindən paylaşılan məlumata görə, şirkətin kameralı AirPods modeli artıq erkən kütləvi istehsal mərhələsinə yaxınlaşıb. Hazırda Apple daxilində test istifadəçiləri bu prototipləri aktiv şəkildə sınaqdan keçirirlər.

Məlumata əsasən yeni AirPods modellərində yerləşdirilən kameralar foto və ya video çəkmək üçün nəzərdə tutulmayacaq. Əsas məqsəd ətraf mühitdən vizual məlumat toplamaq və bunu Siri ilə inteqrasiya etməkdir. Məsələn istifadəçi masadakı ərzaqları AirPods vasitəsilə Siri-yə “bunlardan nə bişirə bilərəm?” kimi sual verə biləcək. Sistem aşağı keyfiyyətli görüntünü analiz edib cavab təqdim edəcək. Bununla yanaşı kameraların naviqasiya zamanı istiqamət göstərmək kimi funksiyalarda da istifadə olunacağı bildirilir.

Yeni model dizayn baxımından Apple AirPods Pro 3 modelinə bənzəyəcək. Lakin kameraların yerləşdirilməsi səbəbindən qulaqlığın sap hissəsi daha uzun olacaq. Bundan əlavə cihazda kiçik LED indikator yerləşəcək. Bu işıq istifadəçiyə vizual məlumatların bulud sisteminə göndərildiyini göstərəcək.

Əvvəlcə Apple bu AirPods modelini 2026-cı ilin ilk yarısında təqdim etməyi planlaşdırırdı. Lakin şirkətin yeni Siri sistemində yaranan gecikmələr səbəbindən tarix dəyişdirilib. Hazırda yenilənmiş Siri-nin sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir. Buna görə də kameralı AirPods-un da həmin dövrdə təqdim olunacağı ehtimal edilir.

Apple-ın AI əsaslı yeni cihaz strategiyası şirkəti Meta ilə birbaşa rəqabətə aparır. Meta artıq ağıllı eynəkləri ilə bazarda ciddi uğur qazanıb. Digər tərəfdən OpenAI şirkətinin də AI yönümlü smartfon üzərində işlədiyi iddia olunur. Bloomberg-in məlumatına görə Apple gələcəkdə ağıllı eynəklər və AI boyun aksesuarı üzərində də çalışır və bu məhsullar 2027-ci ildə təqdim oluna bilər.

MənbəMODERN.AZ
Избранный
11
2
banker.az

3Источники