RU

“Neftçi” azarkeşlər üçün endirim etdi

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində sentyabrın 28-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, qiyməti 2 (1B, 2B, 4A), 3 (3B) və 5 (3A) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.

“Neftçi”də daha əvvəl ev oyunlarına bilet qiymətləri 3, 5, 15 və 20 AZN idi.

“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
futbolpress.az

1Источники