RU

Brüsselin Putinlə danışıqlar təklifinə Kremldən cavab

 Kreml Brüsselin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq  təklifinə müəyyən şərtlər daxilində  müsbət  cavab verib.

Ölkə.az  xəbər verir ki, bu barədə açıqlama verən RF prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinin Aİ ilə danışıqlara hazırdır, lakin burada bir nüans var.
Peskob bildirib ki, Putin hər kəslə danışıqlara hazırdır. O, bunu dəfələrlə bildirib. “Avropalılar hazır olduğu müddətcə dialoqumuzda irəliləməyə hazırıq. Lakin Putinin dəfələrlə bildirdiyi kimi, biz avropalıların mövqeyinə əsasən bu cür əlaqələr qurmayacağıq", - o vurğulayıb.

Peskov hesab edir ki, Avropa hökumətləri ilk addımı atmalıdır, çünki Ukrayna ilə müharibə başladıqdan sonra 2022-ci ildə Moskva ilə əlaqələri kəsənlər məhz onlar idi. Peskov əlavə edib: "Rusiya tərəfi Aİ ilə münasibətlərimizin tamamilə kəsilməsi təşəbbüsünü irəli sürməyib. Bu, Brüssel və ayrı-ayrı Avropa paytaxtları tərəfindən irəli sürülüb".

Qeyd edək ki,  Avropa Şurasının prezidenti Antonio Kosta Avropa İttifaqının (Aİ)  Putinlə danışıqlar aparmasına inanır və Ukrayna Prezidenti Vladimir Zelenski də bur məsələyə dəstək verir.

Kosta bildirib ki, işimizi təşkil etməyin ən yaxşı yolunu müəyyən etmək və vaxtı çatanda Rusiya ilə əslində nə barədə danışmalı olduğumuzu aydınlaşdırmaq üçün 27 Aİ lideri ilə danışıqlar aparıram.

Mürtəza

Избранный
41
1
olke.az

2Источники