İtaliyanın asılılıqdan əziyyət çəkən insanlara kömək üzrə dövlət xidməti ölkədə ilk süni intellekt asılılığı halını qeydə alıb.
Publika.az xəbər verir ki, bu barədə "Gazzettino" qəzeti məlumat yayıb.
Bildirilir ki, asılılıq təxminən 20 yaşlı bir qızda aşkar edilib. O, süni intellektlə daim təmasda olub. Daha sonra qız neyron şəbəkəsi ilə əsl dost kimi ünsiyyət qurmaqda özünü təhlükəsiz hiss etməyə başlayıb və özünü "hər şeydən və hər kəsdən" uzaqlaşdırıb.
Tibb müəssisəsinin baş həkimi Laura Suardi qeyd edir ki, bu asılılıq halı mütəxəssislər üçün sürpriz deyil, texnologiyanın inkişafı ilə belə bir problemin gec-tez ortaya çıxacağını gözləyirdik.