RU

Komando, HHQ və HDQ: jurnalistlər orduda təlim-treninqdə iştirak edib

Azərbaycan Müdafiə Nazirliyi media nümayəndələrinin hərbi sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması məqsədilə beş günlük təlim-treninq keçirib.

Proqram çərçivəsində jurnalistlər müxtəlif təyinatlı hərbi hissələrə səfər edib, hərbi qulluqçuların xidməti fəaliyyəti, texniki təminatı və məişət şəraiti ilə tanış olublar.
Təlimin ilk günü Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində nəzəri məşğələlər keçirilib.

Görüşlərdə media və informasiya savadlılığı, hərbi məlumatların dəqiqləşdirilməsi və xəbərlərin operativ hazırlanması mövzuları müzakirə olunub.

Sonrakı günlərdə jurnalistlər komando tipli hərbi hissə, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələrində olublar.

Təlim iştirakçılarına hərbi hissələrin fəaliyyəti, 2020-ci ildə baş vermiş 44 günlük müharibədə iştirakları və istifadə olunan texnikalar barədə məlumat verilib.

Media nümayəndələri hərbi hissələrin tibb məntəqələri, kazarmaları, tədris otaqları və texnika parklarına baxış keçiriblər.

Hərbi Dəniz Qüvvələrində isə şərti terrorçuların nəzarətində olan gəminin azad edilməsi üzrə nümayiş xarakterli əməliyyat izlənilib.

Təlimin yekununda iştirakçıların rəyləri dinlənilib və proqramı uğurla başa vuran jurnalistlərə sertifikatlar təqdim olunub.




Gülnar Nazimqızı

Избранный
25
anews.az

1Источники