RU

"Qələbə həmişə bizimlə olacaq"- Putin Qırmızı meydandan dünyaya meydan oxudu!

Rusiya Prezidenti Vladimir Putin Qırmızı meydanda keçirilən Qələbə paradında çıxış edərək həm ölkə daxilinə, həm də beynəlxalq birliyə yönəlmiş bir sıra mühüm mesajlar verib.

Musavat.com xəbər verir ki, dövlət başçısı öz çıxışında Ukraynada davam edən hərbi əməliyyatları  İkinci Dünya müharibəsindəki böyük qələbə ilə müqayisə edərək, "Bizim işimiz haqdır" şüarını səsləndirib.

Putin vurğulayıb ki, hazırda qələbə həm döyüş meydanında, həm də arxa cəbhədə qazanılır. "Döyüş texnikası və üsulları necə dəyişsə də, əsas olan dəyişməz qalır: ölkənin taleyini insanlar həll edir", — deyə Rusiya lideri bildirib. O, rus əsgərlərinin hazırda bütün NATO bloku tərəfindən dəstəklənən təcavüzkar qüvvəyə qarşı mübarizə apardığını və buna baxmayaraq irəlilədiklərini iddia edib.

Putin həmçinin qeyd edib ki, qalib gəlmiş nəslin böyük rəşadəti bugünkü döyüşçüləri ruhlandırır və qələbə həmişə olduğu kimi bu dəfə də Rusiya tərəfində olacaq. Prezidentin çıxışı meydandakı hərbçilərin "Ura" sədaları ilə müşayiət olunub. Ekspertlər hesab edirlər ki, Putinin bu çıxışı Rusiyanın hərbi əməliyyatları sona qədər davam etdirmək əzmini nümayiş etdirmək məqsədi daşıyır. Paradda nümayiş olunan hərbi güc və liderin qətiyyətli ritorikası Moskva ilə Qərb arasındakı qarşıdurmanın yeni və daha sərt mərhələyə qədəm qoyduğunun göstəricisidir. Hazırda dünya mediası Putinin bu bəyanatlarını "Rusiyanın geri çəkilməmək siqnalı" kimi manşetlərə daşıyıb.

Musavat.com

Избранный
24
musavat.com

1Источники