RU

Cəlal əvvəldən sona qədər oynadı

Bolqarıstan çempionatında 33-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Plovdiv “Lokomotiv”inin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

Cəlal da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

"Arda” 45 xalla 7-ci sıradadı.

Избранный
25
3
football-plus.az

6Источники