RU

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 48 %-ə yaxın artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 43,067 milyon ABŞ dolları dəyərində polad idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur.

Apreldə Türkiyə Azərbaycana 15,457 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 131,7 % çoxdur.

Türkiyənin 4 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 1,5 % azalaraq 5 milyard 237,843 milyon ABŞ dolları, apreldə isə 10,6 % artaraq 1 milyard 438,222 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox bu məhsul idxalını Rumıniya 442,095 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 4,9 % çox), İtaliya 371,78 milyon ABŞ dolları (-0,5 %) və Böyük Britanya 274,539 milyon ABŞ dolları (+73 %) dəyərində həyata keçirib.

Избранный
33
2
far.az

3Источники