RU

İran gərginliyi fonunda Misir qırıcıları BƏƏ-də yerləşdirilib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Misir Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin yerləşdirildiyi bildirilir.

“Cebheinfo.az” “İran Times”-a istinadən xəbər verir ki, məsələ Misir Prezidenti Əbdülfəttah əs-Sisinin BƏƏ-yə səfəri çərçivəsində gündəmə gəlib.

O, səfər zamanı BƏƏ-də yerləşdirilən Misir hərbi hava bölmələrinə baş çəkib.Səfər zamanı Misir lideri İranın BƏƏ-də mülki şəxsləri və mülki obyektləri hədəf aldığı iddia edilən hücumları pisləyib və Birləşmiş Ərəb Əmirliklərinə dəstəyini ifadə edib.

Digər tərəfdən, “Asr Iran” yayımladığı məlumatda qeyd edib ki, Misir mayın 4-dən etibarən BƏƏ ərazisindəki hərbi hava bazalarına döyüş bölmələri yerləşdirməyə başlayıb.

Məlumata əsasən, proses çərçivəsində ümumilikdə 24 ədəd qırıcı təyyarə — “Dassault Rafale” və “F-16 Block 52” - iki eskadrilya şəklində Əl-Dhafra aviabazasında yerləşdirilib. Həmçinin elektron müharibə dəstək bölmələrinin də həmin bazada fəaliyyətə başladığı bildirilir.

Избранный
1
2
cebheinfo.az

3Источники