RU

Alen Simonyan: Qarabağ məsələsi bağlanıb!

“Dağlıq Qarabağ” məsələsi müstəqil Ermənistan Respublikası üçün bir tələ idi.

Bunu Ermənista parlamentinin sədri Alen Simonyan “Deutsche Welle”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu tələ Ermənistanın heç vaxt tam müstəqil dövlətə çevrilməməsi üçün qurulmuşdu.

“Eyni zamanda, Azərbaycan da bundan az asılı olmayacaqdı. Bu, təsir rıçaqı olacaqdı. Biz bunu artıq demişik: “Qarabağ hərəkatı”nın səhifəsi bağlanıb və bu məsələyə bir daha qayıtmamalıyıq. Yeganə düzgün yol budur”, – deyə Simonyan əlavə edib.

O bildirib ki, Ermənistan heç bir hərbi blokun tərkibində olmamalıdır.

Simonyanın sözlərinə görə, Ermənistanın yerləşdiyi coğrafiya və imkanları nəzərə alındıqda ölkənin neytral mövqe tutması daha doğru olar. O vurğulayıb ki, Ermənistan kiçik bir ölkədir və həm bir tərəf, həm də digər tərəf üçün “danışıqlar predmeti” ola bilər.

“İstəmirəm ki, ölkəm nə Rusiya, nə Brüssel, nə ABŞ, nə də hər hansı başqa tərəf üçün alver predmetinə çevrilsin. Ermənistan İran, Azərbaycan, Türkiyə və Gürcüstanla əhatə olunub. Dörd tərəfdən qapalıdır və dənizə çıxışı yoxdur”, – deyə o bildirib.

Simonyan əlavə edib ki, erməni xalqının tarixi onlara çox şey öyrədib və əsas məqsəd keçmişdəki səhvləri təkrarlamamaqdır.

MənbəMODERN.AZ
Избранный
17
3
banker.az

4Источники