RU

Qadın voleybolçular arasında ilin son oyunları baş tutdu

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Yüksək Liqanın IV turunda Bakıda iki, Gəncədə isə bir oyun keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk olaraq GİN-in Voleybol Mərkəzində meydana “Abşeron” və “AZERRAIL” klubları çıxıblar. Gərgin keçən bu görüşdə “Abşeron” 3:1 hesabı ilə qələbə qazanıb.

Növbəti oyun Gəncə İdman Sarayında baş tutub. Bu matçda meydan sahibi “Gəncə” klubu UNEC-i 3:0 hesabı ilə məğlub edib.

Turun və ilin son qarşılaşması isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu oyunda 3:1 hesabı ilə “Milli Aviasiya Akademiyası” qalib gəlib.

Oyunların nəticələri

Yüksək Liqa (qadınlar)

IV tur

19 dekabr

“Gəncə” – UNEC 3:0 (25:8, 25:7, 25:11)

Ünvan: Gəncə İdman sarayı

“Abşeron” – “AZERRAIL” 3:1 (18:25, 25:21, 25:17, 25:16)

“Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal” 3:1 (25:20, 23:25, 25:21, 25:19)

Ünvan: GİN-nin Voleybol Mərkəzi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
futbolpress.az

1Источники