RU

Rusiyada əcnəbilərin deportasiyası qaydaları dəyişdirilir

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Rusiya Dövlət Duması xarici vətəndaşların ölkədən deportasiya edilməsini asanlaşdıran sərt qanun layihəsini təsdiqləməyə hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, Dumanın Dövlət Quruculuğu və Qanunvericilik Komitəsi hökumətin təqdim etdiyi miqrasiya siyasətini sərtləşdirən qanun layihəsinin ilk oxunuşda qəbul edilməsini yekdilliklə tövsiyə edib. Layihə Rusiya İnzibati Xətalar Məcəlləsinə (KoAP) 58 yeni pozuntu növünün əlavə olunmasını nəzərdə tutur. 

Bu çərçivədə xarici vətəndaşlar həmin hüquqpozmalara yol verdikləri halda ölkədən deportasiya edilə biləcəklər. Hökumətin təklifinə əsasən qanunun 20 maddəsində məhkəmənin seçim hüququnu aradan qaldıraraq deportasiyanı “vahid və məcburi” cəza növünə çevirən dəyişikliklərin edilməsi planlaşdırılır.

Əsas hüquqpozmalara bunlar daxildir:

* Arzuolunmaz xarici və ya beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək

* İcazəsiz aksiya və mitinqlərdə iştirak etmək

* Tətilə məcbur etmək və ya tətilin qarşısını almaq

* Fövqəladə vəziyyət qaydalarını pozmaq

* Polisə tabe olmamaq və xırda xuliqanlıq etmək, bu maddə yalnız əcnəbilər üçün ayrıca hüquqpozma kimi nəzərdə tutulur.

Hazırda KoAP-in bəzi maddələrində deportasiya hakim qərarından asılı olan mümkün cəza kimi tətbiq olunur.

Məsələn, vicdan və dini etiqad azadlığı haqqında qanunu pozan xarici vətəndaş 30–50 min rubl cərimələnə bilər, lakin onun deportasiyası məcburi deyil.

Yeni dəyişikliklə bu cür çevikliklərin böyük ölçüdə aradan qaldırılması gözlənilir.

Rusiya Daxili İşlər Nazirliyi yeni qanuna ehtiyacın səbəbi kimi son dövrdə əcnəbilərin qarışdığı hadisələrin sayının artmasını göstərib.Nazirlik xüsusilə kütləvi dava və xuliqanlıq hallarındakı artımı əsas gətirib.

Lakin məsələni daha əvvəl araşdıran ekspertlər miqrantların cəzaları ağırlaşdırılan bu hüquqpozmalara kollektiv şəkildə meylli olmadığını bildirirlər.

Hökumətin hazırladığı maliyyə-iqtisadi əsaslandırma hesabatında yeni qaydaların büdcəyə mümkün təsirləri də yer alıb.

2025-ci ildə yalnız icra xidməti orqanları deportasiya prosedurları üçün 724,2 milyon rubl xərcləyib. Yeni dəyişiklikdən sonra deportasiya hallarının artacağı təqdirdə bu məbləğin illik daha 312,9 milyon rubl yüksələcəyi gözlənilir.

Həmçinin 15-dən çox maddə üzrə cərimə məbləğlərinin artırılması nəticəsində dövlət büdcəsinin ildə 1,18 milyard rubldan artıq əlavə gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Rusiya Hesablama Palatası və Dövlət Dumasının Hüquq İdarəsinin qanun layihəsinə etiraz etmədiyi bildirilib. Layihənin ilk oxunuşunun 13 may 2026-cı ildə keçirilməsi planlaşdırılır və komitənin tövsiyəsindən sonra sənədin parlamentdən keçəcəyi demək olar ki, dəqiq hesab olunur.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
cebheinfo.az

2Источники