RU

Temperatur daha da YÜKSƏLƏCƏK

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək.
 

Bakıda havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək.


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Bölgələrdə havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti olacaq.

Bizim.Media

Избранный
28
49
bizim.media

10Источники