RU

Netanyahu ABŞ-a ŞƏRT qoydu: İranın nüvə proqramı tam dayandırılmalıdır

Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb və hərbi eskalasiya riski pik nöqtəsindədir.

Musavat.com xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasına İranla bağlı kəskin tələblərini çatdırıb. "Al Arabiya" telekanalının mənbələrinə istinadən yaydığı məlumata görə, Netanyahu İranın nüvə proqramının tamamilə dayandırılmasını nəzərdə tutmayan hər hansı bir razılaşmanın İsrail tərəfindən qeyri-kafi hesab ediləcəyini bəyan edib.

Mənbələrin verdiyi məlumata görə, rəsmi Təl-Əviv artıq diplomatik yolların tükəndiyini hesab edir və müharibənin növbəti mərhələsi üçün potensial variantları müzakirə edir.

Bu planlara İranın iqtisadi sütunları hesab olunan enerji və neft obyektlərinə birbaşa zərbələrin endirilməsi də daxildir. İsrail tərəfi israr edir ki, Tehranla aparılan məhsulsuz danışıqlar sonsuza qədər uzana bilməz və Tehranın nüvə ambisiyalarına qarşı qətiyyətli addımlar atılmalıdır. 

Musavat.com

Избранный
38
musavat.com

1Источники