RU

Macarıstanda yeni parlamentin açılış iclası keçirilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Budapeşt, 9 may, AZƏRTAC

Mayın 9-da Macarıstanda yeni Orta Məclisin (parlamentin) açılış iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda deputatlar and içib, parlamentin rəhbər strukturları formalaşdırılıb və beləliklə, yeni siyasi dövrün əsas mərhələsinə start verilib.

Günün ən diqqətçəkən məqamı isə Koşut Layoş Meydanında keçirilən kütləvi tədbir olub. Burada minlərlə insan toplaşaraq parlamentin yeni tərkibinin formalaşması prosesini izləyib. Meydanda böyük ekranlar qurulub və vətəndaşlar iclasın gedişini canlı şəkildə izləmək imkanı əldə ediblər.

Siyasi liderlərin çıxışlarından sonra yeni Baş nazirin seçilməsi və andiçmə mərasimi olub. Daha sonra meydanda bayram ab-havası yaranıb, musiqi proqramları və ictimai çıxışlar təşkil edilib. Günün ikinci yarısında isə tədbir daha geniş xalq şənliyi formasını alıb.

Müxtəlif siyasi qüvvələr və vətəndaşlar bu günü Macarıstanın siyasi həyatında yeni mərhələ kimi dəyərləndiriblər. Kütləvi iştirak və geniş proqram ölkədə böyük ictimai marağa səbəb olub, tarixə “yeni siyasi başlanğıc günü” kimi düşüb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
azertag.az

2Источники