RU

Şəkər xəstələrinə qayğanaq olmaz


Diabet xəstələri üçün omlet ideal səhər yeməyi deyil.


Medicina.az xəbər verir ki, alimərin fikrincə,şəkər xəstələri hər səhər yumurta yeməli olsalar da, rus fizioloqu Boris Jerlıgin bu fikirlə razı deyil.

Rus fizioloqu Boris Jerlıgin Kanadalı alimlər tərəfindən dərc edilmiş və diabet xəstələri üçün optimal səhər yeməyi formulunu müəyyən edən bir araşdırmanın nəticələrinə münasibət bildirib.


Xüsusilə, tədqiqatçılar diabet xəstələri üçün ideal səhər yeməyinin qaydaya uyğun olması lazım olduğu qənaətinə gəliblər: daha çox yağ, daha az karbohidrat. Onlar konkret bir nümunə olaraq omlet və yaqayğanağı göstəriblər.

Fizioloq Boris Jerlıgin isə "diabet hər kəs üçün fərqlidir və bu, hər bir diabet xəstəsinin pəhrizinin fərdi nüanslarını müəyyən edir” deyə fikir bildirib.


Diabet üçün insanın pəhriz planı karbohidratların, zülalların və yağların həzm qaydalarını anlamağa imkan verən testlər əsasında müəyyən edilir. Buna görə də, hər bir diabet xəstəsi bu məlumatlara əsasən ideal səhər yeməyini müəyyən edə bilər:

"Yağlar, zülallar və karbohidratlar arasında tarazlıq olmalıdır. Əgər bu pozularsa, həzm sistemi təsirlənəcək", - deyə Jerlygin bildirib.

Fizioloq əlavə edib ki, həddindən artıq qızardılmış yumurta və omlet qəbul etmək diabet xəstələri üçün təhlükəli ola bilər, çünkiyağlı qayğanaq böyrəkləri belə sıradan çıxara bilər".

Aygün Musayeva


Избранный
27
1
medicina.az

2Источники