RU

Murat Kurum: Türkiyədə keçiriləcək COP31 ilə bağlı Azərbaycanla birlikdə çalışırıq

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Türkiyədə keçiriləcək COP31 ilə bağlı Azərbaycanla birlikdə çalışırıq. Azərbaycanlı dostlarımız və qardaşlarımızla sıx əməkdaşlıq edirik".

Bunu Teleqraf-a eksklüziv açıqlamasında Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum deyib.

"İlk toplantımızı Azərbaycanda təşkil etdik ki, oradakı təcrübədən faydalanaq. COP29 zamanı əldə olunan təcrübədən COP31 prosesində də istifadə edəcəyik. COP29-u azərbaycanlı qardaşlarımızla birlikdə uğurla başa vurduq, COP31-i də eyni həmrəylik və əməkdaşlıq ruhu ilə birlikdə həyata keçirəcəyik", - M.Kurum əlavə edib.

Qeyd edək ki, Türkiyə bu il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək.

Bu barədə qərar ötən ilin noyabrında qəbul olunub.

Bundan əvvəl 2024-cü ildə isə COP29 tədbirlərinə Azərbaycan ev sahibliyi edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
sherg.az

2Источники