RU

Nəsimidə sürücülərə təhlükə yaradan yaşıllıq budandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq sözügedən küçədə yaranmış təhlükəli vəziyyət aradan qaldırılıb.

*** 8 may, 14:30 

Paytaxtın Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində yol hərəkəti zamanı təhlükəli vəziyyət yaranıb.

Bu barədə məlumat izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək ətraflı məlumat verib.

Kadrlardan görünür ki, sol tərəfdən körpü istiqamətində hərəkət edən sürücülər ərazidə quraşdırılmış sola hərəkət nişanının (4.1.3) tələblərinə uyğun olaraq hərəkətlərini davam etdirirlər. Lakin yol kənarında salınmış yaşıllıq zolağı sağdan gələn nəqliyyat vasitələrinin görünməsinə maneə yaradır.

Videoda sürücünün sağdan gələn avtomobilləri görməsi üçün yolun hərəkət hissəsinə qədər irəliləməsi aydın şəkildə əks olunub. Bu hal isə sağdan gələn nəqliyyat vasitəsi ilə toqquşma riskini artırır.

Qeyd edək ki, sürücüləri təhlükə ilə üz-üzə qoyan bu vəziyyət artıq uzun müddətdir davam edir və aidiyyəti qurum tərəfindən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi zəruri hesab olunur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
1
avtosfer.az

2Источники