RU

BMT nin Baş katibi Ukrayna ilə Rusiya arasında atəşkəs elanını alqışlayıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 9 may, AZƏRTAC

Atəşkəs elanını və Ukrayna ilə Rusiya arasında planlaşdırılan genişmiqyaslı əsir mübadiləsini alqışlayıram.

AZƏRTAC-ın məlumatına görə, BMT-nin Baş katibi Antonio Quterreş bu bəyanatla çıxış edib. “ABŞ-nin bu razılaşmanı asanlaşdırmaq səylərini təqdir edirəm və onun həyata keçirilməsini tam dəstəkləyirəm. BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq, ədalətli, davamlı və hərtərəfli sülhə doğru ilk addım olaraq dərhal, tam, qeyd-şərtsiz və davamlı atəşkəs çağırışımı bir daha təkrarlayıram”, - deyə o bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
3
azertag.az

4Источники