İranın yeni ali lideri Müctəba Xamenei hava hücumunda aldığı xəsarətlərdən demək olar ki, tam sağalıb.
"Unikal" xəbər verir ki, bu barədə hökumət məsləhətləşmələrinin koordinatoru Məzahir Hüseyni açıqlayıb.
İranın yeni lideri 28 fevralda İsrail və ABŞ-nin İrana qarşı birgə hərbi əməliyyat başlatdığı hücumda yaralanıb. Hücum nəticəsində onun atası, keçmiş ruhani lider Əli Xamenei və həyat yoldaşı həlak olub.
İran rəsmisinin sözlərinə görə, partlayış dalğası Müctəba Xameneinin yıxılmasına və dizindən və belindən xəsarət almasına, eləcə də qulağının arxasında kiçik bir yara almasına səbəb olub. Hüseyni vurğulayıb ki, belindəki zədə artıq sağalıb və dizinin tezliklə sağalacağı gözlənilir. Qulağındakı kiçik kəsik isə görünmür.
Ağarza Elçinoğlu