RU

Uşuçularımızdan Avropa çempionatında ilk qızıl medal

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransanın Lion şəhərində uşu üzrə Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, gənclər arasında 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Xəyal İbrahimov keçən il olduğu kimi, bu il də Avropanın favoriti olduğunu sübut edib.

Ermənistan və Fransa idmançılarına qalib gələrək ikinci dəfə Avropa çempionu olan Xəyal İbrahimov himnimizi Avropada səsləndirməyi bacarıb.

Yarış mayın 11-dək davam edəcək.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
icma.az

1Источники