RU

Cəlilabadda anbar yandı Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Cəlilabadda yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki hadisə rayonun Xanılı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini Qadir Mirzəyevə məxsus ümumi sahəsi 456 kvadratmetr olan anbarda yanğın əmələ gəlib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad bölməsinin 3 yanğınsöndürmə texnikası və əlavə 3 sudaşıyan avtomobil cəlb edilib. Küləkli hava şəraitinə baxmayaraq, yanğının yayılmasının qarşısı operativ şəkildə alınıb. 

Anbarda təxminən 30 ton ot presinin bir hissəsi yanaraq yararsız hala düşüb. Anbarın təxminən 70 kvadratmetrlik sahəsində yemin 10 tondan artıq hissəsi yanğından mühafizə olunub. 

Yanğın nəticəsində anbarın tikili konstruksiyasına da ziyan dəyib. Hazırda ərazidə soyutma işləri aparılır və yanğının başvermə səbəbi araşdırılır.

Surxay Şahbazov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
5
qafqazinfo.az

8Источники