RU

“Leyptsiq”dən çətin qələbə

Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində keçirilən “Leyptsiq” – “Sankt-Pauli” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, görüş “Leyptsiq” stadionunda keçirilib və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı Beniamin Brand idarə edib.

“Leyptsiq”in heyətində Ksaver Şlager 45-ci dəqiqədə hesabı açıb. 54-cü dəqiqədə Villi Orban fərqi artırıb. Qonaqların yeganə qolunu isə 86-cı dəqiqədə Abdulie Sise vurub.

Bu nəticədən sonra “Leyptsiq” 65 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Sankt-Pauli” isə 26 xalla 17-ci yerdədir.

Избранный
63
90deqiqe.az

1Источники