RU

Onlayn qumar oyunları ilə bağlı

Ənənəvi qumar oyunları artıq telefondadır...

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə qumar oyunları təklif edilən belə paylaşımlar edilir. Maraqlanan şəxslərə vatsapla əlaqə saxlamaq təklif olunur.

Hətta vətəndaşları şirkinləndirmək, guya bu yolla asan qazanc əldə etməyin mümkün olduğuna inandırmaq üçün həmin paylaşımların altına çaşdırıcı şərhlər də yazılır.

Bundan başqa, sosial şəbəkələrdə onlayn kazino qumar oyunlarının da təbliği gedir. Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qeyd olunub ki, belə oyun platformalarını paylaşan, oynayan şəxslərlə bağlı polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər görülür.

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentində qanunsuz qumar oyunlarının reklamı və təbliğatı, keçirilməsi üçün yer təşkiletmə və ya saxlama işin hallarından asılı olaraq cinayət, eləcə də inzibati məsuliyyət yaradır.


Избранный
15
3
metbuat.az

10Источники