RU

“Hoffenhaym”a bir qol bəs etdi

Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində “Hoffenhaym” öz meydanında “Verder”i qəbul edib.

90deqiqe.Az  xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın gedişində qonaqlar ciddi çətinliklə üzləşib. 5-ci dəqiqədə Yukinari Suqavara qırmızı vərəqə alaraq “Verder”i azlıqda qoyub.

“Hoffenhaym” rəqibin azlıqda qalmasından 26-cı dəqiqədə yararlanıb. Andre Kramariçin ötürməsindən sonra Bazumana Ture fərqlənərək yeganə qolu vurub.

Qalan dəqiqələrdə hesab dəyişməyib.

Bu qələbədən sonra “Hoffenhaym” 61 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Verder” isə 32 xalla 15-ci yerdədir.

Избранный
39
90deqiqe.az

1Источники