RU

“Borussiya” səfərdə “Auqsburq”a uduzdu

Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində “Auqsburq” öz meydanında Mönhenqladbax “Borussiya”sını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

24-cü dəqiqədə “Auqsburq” hesabı açıb. Maykl Qreqoriç rəqib qapısına yol tapıb. 42-ci dəqiqədə ev sahibi komanda fərqi iki topa çatdırıb. Mert Kemyurın ötürməsindən sonra Robin Fellxauer fərqlənib.

72-ci dəqiqədə Maykl Qreqoriç hesabı 3:0 edib. Əlavə olunmuş vaxtda isə qonaqlar Covanni Reynanın dəqiq zərbəsi ilə bir qol geri qaytarıblar.

Bu nəticədən sonra “Auqsburq” 43 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Borussiya” isə 35 xalla 11-ci yerdədir.

Избранный
67
90deqiqe.az

1Источники