RU

Ronaldo 100-ə çatdı

“Əl-Nəssr” Səudiyyə Ərəbistanı çempionatında uğurlu oyunlar seriyasını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, Kriştiano Ronaldonun formasını daşıdığı komanda səfərdə “Əl-Şəbab”a 4:2 hesabı ilə qalib gəlib. Ronaldo bir qol vurub, Joao Feliş isə het-trik edib.

Ronaldu bununla da Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurub. Portuqaliyalı hücumçu buna 105-ci matçında nail olub. Kriştiano parlaq karyerasında isə 971-ci qoluna imza atıb.

41 yaşlı portuqaliyalı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 26 qol vurub və 3 məhsuldar ötürmə edib.

Избранный
2
3
football-plus.az

5Источники