BAKI, TurkicWorld
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı keçirilib.
TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin rəsmi WAM agentliyinin yaydığı məlumata əsasən, tərəflər iki ölkə arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı liderlər qarşılıqlı maraq doğuran bir sıra məsələləri, xüsusilə Yaxın Şərqdə baş verən hadisələri və onların regional, eləcə də beynəlxalq təhlükəsizlik və sabitliyə təsirlərini müzakirə ediblər.
Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin SAHA Expo 2026 beynəlxalq müdafiə və hava-kosmik sərgisində iştirakı məsələsinə də toxunulub. Tərəflər sərginin beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəni xüsusi vurğulayıblar.