RU

İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb

Yazını böyüt
Yazını kiçilt

İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 2795-ə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi açıqlamasında bildirib.

Nazirliyin Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, martın 2-dən indiyədək davam edən hücumlarda, ümumiyyətlə, 8586 nəfər yaralanıb. İsrail qüvvələri aprelin 16-da on gün müddətinə elan olunan atəşkəsi pozaraq Cənubi Livana qarşı hücumlarını davam etdirir. Atəşkəs aprelin 23-dən etibarən üçhəftəlik müddətə uzadılıb.

Hazırda beynəlxalq təşkilatlar və regional tərəflər gərginliyin aradan qaldırılması və münaqişənin sülh yolu ilə həllinə çağırış edirlər.

Избранный
18
2
hafta.az

10Источники