RU

Novxanıda avtomobillə motosiklet toqquşub, ölən var

Novxanıda avtomobillə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.

Azreform.info xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Abşeron rayonu, Novxanı, Atıcılıq mərkəzi ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2007-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Избранный
27
2
azreform.info

3Источники