RU

Həkim astmanın gizli əlamətlərini açıqladı

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiyalı tibb üzrə fəlsəfə doktoru Dmitri Bulanov bildirib ki, uzun müddət keçməyən öskürək, nəfəsdə fit səsi və sinədə sıxılma hissi bronxial astmanın əlaməti ola bilər.Demokrat.az xəbər verir ki, onun sözlərinə görə, bir çox insan bu simptomları sadəcə soyuqdəymənin nəticəsi və ya “zəif ağciyərlər” kimi qəbul edir. Nəticədə xəstəlik vaxtında aşkarlanmır.Həkim qeyd edib ki, astmanın əsas əlamətləri bunlardır:uzun sürən öskürək,

nəfəs alarkən fit səsi,

hava çatışmazlığı,

sinədə sıxılma hissi.Bulanovun sözlərinə görə, simptomlar xüsusilə gecələr, səhərə yaxın, soyuq hava, toz, tüstü, allergenlər və fiziki yüklənmə zamanı güclənə bilər.Mütəxəssis əlavə edib ki, bəzi hallarda astma yalnız öskürəklə özünü göstərə bilər. Lakin hər xroniki öskürək astma demək deyil. Buna görə də təkrar olunan “bronxit”, gecə öskürəyi və nəfəs darlığı zamanı müayinədən keçmək vacibdir.Həkim inhalyatorun müvəqqəti rahatlıq yaratdığını, amma xəstəliyin əsas səbəbi olan xroniki iltihabı aradan qaldırmadığını da vurğulayıb.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
demokrat.az

1Источники