İran Hürmüz boğazında yüzlərlə katerdən ibarət moskit donanması ("ağcaqanad donanması") yerləşdirib.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazır.
Qayıqlar yüngül silahlarla təchiz olunsa da, onların böyük bir hissəsində gəmilərə zərər vura bilən qısamənzilli raketlər də quraşdırılıb. Nəticədə gəmi sahibləri yükləri boğaz vasitəsilə göndərməyə risk etmirlər.
Nəşrin məlumatına görə, İslam Respublikasının moskit donanması İran hərbi donanmasının ən aktiv komponentinə çevrilib. Üstəlik, bu donanma ABŞ-ın daha qüdrətli Hərbi Dəniz Qüvvələrinə uğurla müqavimət göstərir və hərbi əməliyyatlar başa çatdıqdan sonra belə Hürmüz boğazına nəzarətdə mühüm rol oynaya bilər.