RU

Messinin 907-ci qolu "İnter Mayami"yə qələbə qazandırdı

Kanadanın Toronto şəhərindəki Bi-Em-O Fild stadionunda baş tutan qarşılaşma 2:4 hesabı ilə başa çatıb.

Hakimiyyet.az xəbər verir ki, qalib komandanın heyətində Rodriqo De Paul, Luis Suares, Serxio Reqilon və hesabına iki məhsuldar ötürmə də yazdıran Lionel Messi qollarla fərqləniblər. Toronto heyətində isə Emilio Aristisabal dubl edib.

Bu matçdakı qol Messi üçün karyerasındakı 907-ci qol olub.

Messi Kataloniyanın Barselona klubunun yetirməsidir. O, əsas komandanın heyətində 2003-cü ildən 2021-ci ilə qədər çıxış edib. Bu dövr ərzində o, 835 matç keçirib və 709 qol vurub. Messi Barselona ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisi ilə dünya çempionatını qazanıb, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə Qızıl top mükafatına layiq görülüb.

Messi Barselona heyətində 35 kubok qazanıb, altı titulu Argentina millisi ilə əldə edib, həmçinin üç mükafat ona PSJ-də təqdim olunub. 2023-cü ildən o, Amerikanın İnter Mayami klubunda çıxış edir.(publika.az)

Избранный
20
4
hakimiyyet.az

5Источники