Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayılın Şükürbəyli kəndinə köçən sakinlərlə keçirdiyi görüş zamanı maraqlı anlar yaşanıb.
İlqar Seyidalıyev: Cənab Prezident, çox sağ olun, çox var olun ki, bu gün burada iştirak edirsiniz. Bizim ən əlamətdar günlərimizdən biridir. Yoldaşım da buradadır, bu gün bizim toy günümüzdür.
Prezident İlham Əliyev: Təbrik edirəm!
İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz.
Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz.
İlqar Seyidalıyev: Çox sağ olun, çox var olun!
Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun. Neçənci ildə evlənmisiniz?
İlqar Seyidalıyev: 1992-ci ildə.
Mehriban Əliyeva: Təbrik edirəm sizi.
İlqar Seyidalıyev: Çox sağ olun.
Prezident İlham Əliyev: 1992-ci ildə, işğala bir il qalmış.
İlqar Seyidalıyev: Bəli.
Prezident İlham Əliyev: Sonra haraya köçdünüz işğal dövründə?
İlqar Seyidalıyev: Mən bu zastavanın rəisi idim, öz kəndimizdə hərbçi idim. İşğaldan sonra da xidmətə davam etdim.
Prezident İlham Əliyev: Bəs işğal dövründə harada məskunlaşmışdınız?
İlqar Seyidalıyev: Ailəm İmişlidə, mən də döyüşlərdə.