RU

Rusiyada üç kişi müəmmalı şəkildə öldü

Rusiyanın Saxalin vilayətində müəmmalı şəkildə ölmüş bir neçə kişinin cəsədi tapılıb.

Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, cəsədlər Saxalin vilayətinin Nevelski rayonunda avtomobildə tapılıb.

Sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olan bu müəmmalı hadisə ilə bağlı ilkin araşdırma başlanıb. Maraqlıdır ki, müstəntiqlər hadisə yerinə baxış keçirsələr də, heç bir cinayət əlaməti aşkar etməyiblər. Ölümlərin dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisənin bütün hallarını araşdırırlar. İstintaq başa çatdıqdan sonra prosedurla bağlı qərar veriləcək",- məlumatda qeyd edilib.

Избранный
15
40
publika.az

10Источники