RU

"ABŞ və İsraili bizimlə müharibəyə sürükləyirsiniz" - Tehrandan BƏƏ-yə İTTİHAM

İranın "Ettela'at" qəzeti ölkə rəsmilərini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana qarşı hazırladığı strateji "planları" düzgün qiymətləndirməyə çağırıb.

Redaktor.az xəbər verir ki, qəzet Əbu-Dabi hökmdarını ABŞ və İsraili Tehranla birbaşa münaqişəyə yenidən cəlb etməyə çalışmaqda ittiham edib.

Nəşrin yazdığına görə, BƏƏ rəhbərliyi İranın regional dominantlığını sarsıtmaq niyyətindədir. İddia olunur ki, Əbu-Dabi ticarət, neft və çirkli pulların yuyulması ilə əlaqəli "gəlirli şəbəkələri" qorumaq məqsədilə Tehranın Hörmüz boğazında və Fars körfəzindəki mövqeyini zəiflətməyə çalışır.

Məqalədə həmçinin vurğulanıb ki, regiondakı bu cür hərəkətlər gərginliyi artırmaqla yanaşı, hərbi qarşıdurma riskini də qaçılmaz edir.

Aminə ŞAHSUVARQIZI

 

 

Избранный
65
50
redaktor.az

10Источники