RU

“Qalatasaray”dan ikinci dəfə “4-də 4”lük tarixi uğur


Türkiyə Süper Liqasının 33-cü turunda doğma meydanında “Antalyaspor”u qəbul edən “Qalatasaray” rəqibini 4-2 hesabı ilə məğlub edərək mövsümün bitməsinə bir neçə tur qalmış çempionluğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu qələbə ilə “Cim-Bom” həm ardıcıl 4-cü, həm də ümumilikdə 26-cı dəfə Türkiyənin ən güclü komandası adını qazanıb.
Qeyd edək ki, Türkiyə futbol tarixində ardıcıl 4 dəfə çempion olmaq (“4-də 4” deyilir) çox nadir bir nailiyyətdir. Maraqlıdır ki, bu uğuru daha əvvəl yalnız bir klub əldə edib və o da elə “Qalatasaray” özüdür.
Fatih Terimin rəhbərliyi altında “Qalatasaray” 1996-1997, 1997-1998, 1998-1999 və 1999-2000 mövsümlərində ardıcıl olaraq 4 dəfə Türkiyə Süper Liqasının qalibi olub.
Избранный
50
1
yeniavaz.com

2Источники